17 iyun 2011 00:16
“Fasilədən sonra Türkiyə yığması daha yaxşı oynadı”
İspaniya U-17 yığmasının baş məşqçisi Santyaqo Denia Bakıda təşkil olunan Caspian Cup beynəlxalq turnirinin Türkiyə ilə final oyununu şərh edib. Azerisport.az xəbər verir ki, qardaş ölkə təmsilçisinə penaltilərlə uduzaraq, ikinci olan ispanların çalışdırıcısı bunları dilə gətirib:
“Ümumilikdə, oyun bərabər səviyyədə keçdi. Hər iki komandanın fərqlənmək üçün şansları oldu. Birinci hissədədə yaratdığımız qol imkanlarından istifadə etsəydik, bəlkə də nəticə fərqli ola bilərdi. Fasilədən sonra Türkiyə yığması daha yaxşı oynadı. Penalti zərbələrində də üstün tərəf rəqibimiz oldu. Türkiyə yığmasını turnirin qalibi olması münasibətilə təbrik edirəm”.
