17 iyun 2011 00:44
Türkiyədə şok: Bursaspor`un prezidentinə həbs
Türkiynin Bursa şəhər Prokurorluğu şok qərarlar qəbul edib. Azerisport.az xəbər verir ki, prokrorluğun ötən gün qəbul etdiyi qərarla "Bursaspor"un vitse-prezidenti Haluk Özkıyıcı, "Bursaspor TV"nin rəhbəri Mehmet Gerçeksi, İdarə Heyətinin üzvü Öztürk Yazıcı, klubun vəkili Jale Demir və mühasib Sema Çavuşoğlu həbs olunub.
Həbs olunanlar saxtakarlıq və çirkli pulların yuyulmasında ittiham edilib. Prokurorluq qərarı "Bursaspor"un son 5 ildəki maliyyə sənədlərini yoxladıqdan sonra qəbul edib.
Axaşm saatlarında isə Bursa Prokurorluğu növbəti şok qərara imza atıb. Belə ki, prokurorluq "Bursaspor"un prezidenti İbrahim Yazıcı barəsində həbs qərarı çıxarıb. Hazırda klub rəhbəri axtarışdadı.
