17 iyun 2011 13:01
Əsgər Abdullayev Azərbaycanın əməkdar məşqçisi oldu
Futbol üzrə milli komandamızın sabiq baş məşqçisi Əsgər Abdullayev Azərbaycanın əməkdar məşqçisi adını alıb. Azerisport.az xəbər verir ki, xeyli müddət idi işsiz olan mütəxəssis bu yay “Turan”ı çalışdırmağa başlayıb.
Tovuz klubunun çalışdırıcısı bu fəxri adı alması münasibətilə bunları dilə gətirib: “Bu mükafat ancaq məsuliyyəti daha da artıra bilər. Mən çox şadam və belə bir ada layiq görüldüyümə görə təşəkkürümü bildirirəm”.
Maraq üçün sonda onu da xatırladaq ki, Əsgər Abdullayev vaxtilə "Olimpik-Şüvəlan" adlanan hazırkı AZAL klubunu 2009-cu ilin noyabr ayında tərk etmişdi və həmin dövrdən etibarən işsiz idi. Lakin o, buna qədər “Şəfa”da və Azərbaycan millisində də işləmişdi.
