18 iyun 2011 13:12

Şakir Qəribov: Guya o, bu üç ildə bizə nə verib ki?

Bu günlərdə Azərbaycanın əməkdar məşqçisi adını qazanan Şakir Qəribov azerisport.az saytına müsahibəsində bu ada layiq görülməsindən, futbolumuzun durumundan və gənc mütəxəssislərdən danışıb.
 
- Düşünmürsüz ki, bəzi digər mütəxəssislərlə birgə bu adı gec aldınız?
- AFFA-nın qaydalarına görə, yetirməsi milli komandada oynayan, yaxud Azərbaycan kubokunu və çempionatını qazanan mütəxəssislər bu adı qazanmış olurlar. Bu məşqçilər arasında 40-a yaxın yetirməsi millidə çıxış edən də vardı. Bəziləri çempionatı qazanıb, bəziləri kuboku. Odu ki, bu mükafatı xeyli öncə də vermək olardı. Amma digər tərəfdən gec verilməsi də ümumiyyətlə verilməməsindən yaxşıdı.
 
- Siz də daxil olmaqla xeyli sayda mütəxəssis AFFA-da seleksioner kimi fəaliyyət göstərirsiz. Bu status sizi qane edir?
- Bu iş məni qane edə bilməz. Bizim əksərimiz baş məşqçi kimi də çalışa bilərik. Digər tərəfdən bizim yaşımız və təcrübəmiz də yığmalarda və klublarda oynamağa şərait yaradır. Hazırda Azərbaycan futbolunda elə vaxtdı ki, inkişaf üçün hər şey var. Biz də bu işdə yaxından iştirak etmək istəyirik.

- Nə əcəb son illərdə klublardan dəvət almamısız? Axı siz karyeranızın böyük hissəsini elə yığmalarımızda keçirmisiz...
- Aparıcı klublarımız hamısı nəticə haqda düşünürlər. Onlar belə hesab edir ki, bunu ancaq əcnəbi mütəxəssislər həyata keçirə bilərlər. Mən bütün karyeram boyu nəticə vermişəm. Onlar hardan bilir ki, mən klubda buna nail ola bilmərəm? Mənim bunun üçün kifayət qədər təcrübəm var. Klublar yerli məşqçilərə şans verməlidilər.
 
- Bu ay Azərbaycan futbolu ikinci 100 illiyinə qədəm qoydu. Sizcə, növbəti 100 illik əvvəlkindən daha yaxşı ola biləcəkmi?
- Hazırda biz inkişaf dövrünü yaşamaqdayıq. Dövlət tərəfindən də yaxşı qayğı və diqqət var. Bizə sadəcə vaxt lazımdı. Görülən işlərin nəticəsini 5 ildən sonra görə bilərik.

- Amma Azərbaycan yığması öz nəticələri ilə bizi heç də sevindirə bilmir...
- Mən də Qazaxıstana uduzduğumuz oyundan narazı qaldım. Komanda bacardığı oyunu göstərə bilmədi. Heç nəticə də qaneedici olmadı. Bu, AFFA rəhbərliyinin göstərdiyi qayğı və diqqətin qarşılığı deyildi. Biz Şahin Diniyevlə birgə yığmada işlərkən nəticə də, oyun keyfiyyəti də daha yaxşı idi.
 
- Belə olan halda Berti Foqtsla müqavilə bağlamağa dəyirdimi?
- Guya o, bu üç ildə bizə nə verib ki? Yığmada yerli mütəxəssis çalışmalıdı. Bu, mənim yox, AFFA-nın səlahiyyətindədi. Amma mənim fikrim belədi.

- Qurban Qurbanov, Arif Əsədov, Nazim Süleymanov kimi gənc mütəxəssislər barədə nə düşünürsüz?
- Hələ uğurdan danışmaq tezdi. Onlara vaxt vermək lazımdı. Bu statusu 2 il yox, 10 illik fəaliyyətlə qazanmaq olar. Axı onların qazandıqları 1-2 uğur təsadüfi də ola bilər. Qoy qarşıdakı illərdə də qazandıqları uğurların davamını gətirsinlər, əvvəlkilərin təsadüfi olmadığını isbatlasınlar.
 
- Onların komandaları tezliklə avrokubok mübarizəsinə qoşulacaq. Komandalarımızdan nə gözləyirsiz?
- Ən azı 3 mərhələ keçməyi. Necə ki, bunu “Qarabağ” ötən il etmişdi. “Neftçi” və “Xəzər Lənkəran” da buna qadirdi. Heç olmasa bir klub qrup mərhələsinə düşməlidi. Hamıdan az ümid bəslənilən komanda AZAL-dı. Onların avrokubok təcrübələri bir qədər azdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.