18 iyun 2011 00:10

Klublarımızın menyusuna: oyanmaq vaxtıdı, cənablar!

Hazırda mövsümlərarası fasilə dönəmində olduğumuzdan bütün diqqətlər klublarımızın həyata keçirdikləri transferlərə yönəlib. Azerisport.az xəbər verir ki, bu mənada hələlik bütün klublarımız fəallıq nümayiş etdirməsə də, müəyyən canlanma hiss olunmaqdadı.

Amma maraqlıdı ki, hələlik transferlər yerli futbolçulardan, əvvəlki mövsümlərdə də Premyer Liqamızda top qovmuşlardan ibarətdi. Yəni onlar bir klubdan başqasına transfer olunmaqdadı. Tək-tük istisnalar olmaq şərtilə.
 
Əcnəbi futbolçuların transferləri isə bundan sonra – təlim-məşq toplanışları başlayarkən gündəmə gələcək. Çox güman ki, klublarımızın hansı tipli legionerlərlə güclənməyə üstünlük verdiyini gözəl bilən menecerlər və özlərini menecer sayanlar yenə bazarı ucuz və keyfiyyətsiz futbolçularla dolduracaqlar. Klublarımızın sükanı arxasında çalışan mütəxəssislər də onları 5-6 məşqdə izləyib, 1-2 sınaq matçında yoxlayıb, heyətə daxil edəcəklər. Bir sözlə dədə-baba qaydası ilə. Köhnə hamam, köhnə tas. 6 aydan sonra isə həmin futbolçunun qabında bir şeyin olmadığı bəlli olacaq ki, nəticədə o, yola salınacaq, əvəzində başqası gələcək, o da eyni aqibəti yaşayacaq.
 
Bütün bunlar hamısı artıq illərdi gördüyümüz proseslərdi və nə qədər danışsaq da, tənqid etsək də, vəziyyət düzəlmir ki, düzəlmir. Klub rəhbərlərimiz öz pullarına, məşqçilərimiz isə nüfuzlarına hörmət etmək istəmirlər. Halbuki, bu uğursuz gedişata, qeyri-sağlam siyasətə son qoymağın vaxtı artıq çoxdan çatıb. Biz də əlimizdən gələn yeganə vəzifəmizi yerinə yetirməyə - həmin şəxslərə düzgün yolu göstərə bilərik.
 
Hazırda Danimarkada 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatı gedir. İnanın ki, ağıllı klubların rəhbərləri, məşqçiləri hazırda bəlkə də bütün diqqətini məhz həmin çempionata yönəldib. Çünki gələcəyin ulduz futbolçuları məhz belə çempionatlarda aşkara çıxır. Belə oyunçuları üzə çıxarıb, heyətinə qatan komandalar heç vaxt uduzmazlar. Amma gəlin görək bizim klublarımızın çalışdırıcılarından hansı bu məqsədlə Danimarkaya gedib? Nəinki özü, heç olmasa seleksiyaçı məşqçilərini göndəribmi? Bəlkə də əksəri heç telekanallar vasitəsilə həmin oyunları izləməyə də maraq göstərmir.
 
Düzdü, deyə bilərsiz ki, qitə birinciliyində çıxış edən futbolçuların ən yaxşıları hazırda onsuz da Avropanın aparıcı klublarında top qovurlar və ya artıq onların daha güclü müştəriləri var ki, bizim klubların onları alması hardasa mümkünsüzdü. Lakin hər halda ən güclüsü də olmasa, bu qitə biriniciliyinin ortabab səviyyəli futbolçuları da bizimkilərin aldığı 30-35 yaşlı “vaxtı çıxmış” legionerlərdən qat-qat faydalı olar. Belə oyunçu nə 6 ay sonra yola salınmaz, nə də ona verilən pulun batmayacağına əmin olarsan. Üstəlik, illər sonra belə futbolçunu daha aparıcı Avropa klublarına satmaqla əlavə gəlir də əldə etmək olar. Amma bizim klublar belə uzaqgörən siyasətə yox, dardüşüncəli addımları ilə daha çox diqqət çəkir. Təəssüf ki...
 
Biz 21 yaşlılar vurğuladıq. Amma klublarımız, menecerlərimiz üçün gələcəyə hesablanan daha maraqlı, sərfəli yollar da var. Hazırda Avropa klubları az qala 5-6 yaşında perspektiv vəd edən futbolçuları heyətinə qatmaqla, gələcəyin ulduzlarını yetişdirirlər. Bunun üçün onlar hətta Afrika cəngəlliklərinə qədər gedib çıxırlar. Bizim klublar belələri üçün də olmasa, heç olmasa 17, 19 yaşlılar arasında dünya və Avropa birinciliklərinə maraq göstərsinlər. Axı hər halda bu turnirlərdə üzə çıxarılan gələcəyin ulduzları cəmi 2-3 ildən sonra komandalarımızın heyətində böyük xarüqələr yarada, hətta bütün dünyaya səs sala bilər.
 
Bizim klublar isə hələ də önəmsiz işlərlə, siyasətlə məşğuldular. Halbuki, illərdi bu yolun onlara heç bir fayda vermədiyini hamıdan yaxşı görürlər, başa düşürlər. Adekvat addımlar atmaqda isə cəsarət nümayiş etdirən yoxdu. Amma ayılmaq vaxtıdı, cənablar! Gözlərinizi açın, ətrafınıza, Avropaya, dünyaya boylanın. Görün, götürün ki, nə vaxtsa sizlər də hansısa uğura sevinə biləsiz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.