18 iyun 2011 01:33
Juventus`un yetirməsi Qəbələ`də (FOTO)
"Qəbələ" növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, bölgə klubu Xorvatiyanın "Lokomotiv" klubunun braziliyalı futbolçusu Dodonu (əsl adı Luis Paulo İlariodu) transfer edib.
Ampluaca hücumçu olan Dodo 1987-ci il təvəllüdlüdü. Oktyabrın 16-da Rio-de-Janeyroda doğulan bu futbolçu “Juventus”un yetirməsidi. Lakin onun peşəkar karyerası bütünlüklə Xorvatiyaya aiddi. Öncə 2009–2010 mövsümündə “Inter”in şərəfini qoruyan forvard 30 oyunda 9 qola imza atıb. 2010-cu ildə isə Zaqreb “Dinamo”sunun uğurları üçün çalışıb. Burda 16 oyunda 3 qola sevinən Dodo bu ilin əvvəlindən çıxış etdiyi “Lokomotiv”də isə 12 oyunda cəmi 2 qol vurub.
“Qəbələ” rəhbərliyi gənc futbolçu ilə 3 illik rəsmi müqaviləyə imza atacaq. Bu, qəbələlilərin sayca 6-cı transferi olacaq. Bölgə təmsilçisi buna kimi Mahir Şükürov, Vurğun Hüseynov, Daniel Lopes Kruz, Aleksandr Çertoqanov və Rövşən Əmiraslanovun da keçidini həll etmişdi.
