18 iyun 2011 15:44
Qurbanovun məğlub etdiyi məşçqi Azərbaycan millisində
Polşanın “Wisla” klubunun baş məşqçisi Henrik Kasperçak futbol üzrə Azərbaycan yığmasının sükanı arxasına keçə bilər. Azerisport.az xəbər verir ki, hazırda Kasperçak Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən aldığı təklifləri dəyərləndirməklə məşğuldu.
Fransa mətbuatının iddiasına görə, Kasperçak hazırda Rusiyanın “Terek” klubunun sabiq baş məşqçisi Ruud Qullitlə yanaşı, həm də Azərbaycan millisinin sükanı arxasında Berti Foqtsa əvəzləyici ola bilər.
Kasperçakın vaxtilə Fil Dişi Sahili, Tunis, Mali və Seneqal yığmalarını çalışdırdığını da qeyd edək. Çalışdırdığı klubların isə sayı daha çoxdu: “Saint-Etienne”, “Racing Strasbourg”, Racing Club de Paris”, “Montpellier”, “Lille”, “Bastia”, “Al Wasl”, “Morocco”, “Shenyang Haishi”, “Wisła Kraków”, “Górnik”, “Wisła”, “Kavala”.
Kasperçakın məhz “Wisła”nı çalışdırdığı vaxt ölkəmizə səfər etdiyini də xatırladaq. Həmin vaxt onun komandası Avropa Liqasında “Qarabağ”la üz-üzə gəlmiş, lakin həm evdə 0:1 uduzmuşdu, həm də Bakıda 2:3 hesablı yenilgiyə məruz qalaraq, mübarizəni dayandırmışdı.
