18 iyun 2011 16:31
İnter yığmamızın sabiq forvardından imtina etdi
“İnter” Azəraycan yığmasının sabiq üzvü Branimir Subaşiçi heyətinə qatmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, mövsüm başa çatan kimi “Qəbələ” ilə yolları ayrılan millimizin serb əsilli keçmiş üzvü ilə bir ay öncə “bankirlər” də maraqlanırdı.
Tərəflərin hətta danışıqlar apardığı da iddia olunurdu. Lakin məlum olub ki, paytaxt klubu Subaşiçlə müqavilə bağlamaqdan imtina edib.
Bu üzdən də yığmamızın sabiq hücumçusunun karyerasını hansı klubda davam etdirəcəyi hələ də qaranlıq qalır.
