18 iyun 2011 17:01
Qarabağ günü tək məşqlə başa vurdu
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın 10-cu gününü komanda tək məşqlə keçirib.
Ənənəvi olaraq çalışma 10:30-da baş tutub. 1 saat 40 dəqiqə davam edən məşq prosesi yüngül qaçışla başlayıb. Zədəli Rauf xaricində bütün futbolçuların iştirak etdiyi məşqdə öncə fiziki gücün artırılmasına üstünülük verilən çalışmalar yerinə yetirilib. Hava və təkbətək mübarizələrin təkmilləşdirilməsi yönündə aparılan təmrinlər sonrası topla müəyyən hazırlıqlar yerinə yetirən komanda məşqi beləcə başa çatdırıb.
Ağdam təmsilçisinin sabaha 2 məşqi nəzərdə tutulub.
