18 iyun 2011 22:40
Millimiz Ukraynadan qisas ala bilmədi
Kiyev şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi Ukrayna yığması ilə növbəti yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Elvin Quliyevin dubl etdiyi və Ramil Əliyevlə Nahid Mehrəliyevin hərəyə 1 dəfə fərqləndiyi qarşılaşma 4:4 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.
Zərbələri dəqiq yerinə yetirən ukraynalı futbolçular ümumi nəticədə 5:4 hesabı ilə qələbə qazanıb.
Maraq üçün qeyd edək ki, komandamız bu rəqibi ilə bir gün öncə keçirdiyi ilk görüşündə 1:4 hesablı yenilgiyə üzülmüşdü.
