18 iyun 2011 11:30
Millimiz Ukraynaya məğlub oldu
Kiyev şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün Ukrayna yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 4:1 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb.
Millimizin heyətində Nahid Mehrəliyev fərqlənib.
