18 iyun 2011 01:26

Sadıqovun komanda yoldaşı Fenerbahçe'də

Uzun müddət idi ki, “Beşiktaş” və “Fenerbahçe” kimi böyük klublara transfer olunması gözlənilən “Eskişehirspor”un gənc oyunçusu Sezer Öztürkün yeni komandasının adı nəhayət ki, dəqiqləşib. Azerisport.az xəbər verir ki, klub rəhbərlikləri səviyyəsində aparılan danışıqlar nəticəsində eskişehirlilər futbolçunu sonda “sarı-lacivərd”lilərə satıblar.
 
Öztürklə “Fenerbahçe” arasında 4 illik sözləşmə imzalanıb. “Fenerbahçe” isə transfer qarşılığında ötən mövsüm “İstanbul Büyükşehir Belediyespor”da icarə əsasında forma geyən oyunçusu Abdülkadir Kayalı ilə braziliyalı müdafiəçisi Fabio Bilicanı “Eskişehirspor”a verib. Üstəlik, İstanbul klubu Öztürkə görə 2 milyon 750 min avro da ödəməlidi.

Qeyd edək ki, 26 yaşlı oyunçu futbola Almaniyada başlayıb. İlk peşəkar klubu “Bayer” olan Sezer 2005-ci ildə “Germinal”a icarəyə verilib. Daha sonra “Nürnberg”ə transfer olunub. 2006-cı ildə isə Türkiyəyə - “Vestel Manisaspor”a transfer olub. Ege klubunda 76 matçda forma geyən Sezer Öztürk, bu görüşlərdə 15 qol vurmağı bacarıb. 2009-cu ildən “Eskişehirspor”da çıxış edirdi. Ötən mövsüm bu komandada oynadığı 29 matçda 8 qol vurub. Millimizin kapitanı Rəşad Sadıqovla komanda yoldaşı olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.