18 iyun 2011 00:11
Azərbaycan futbolunda növbəti makedoniyalı
Makedoniyalı mütəxəssis Draqan Kanatlarovski Azərbaycanda çalışa bilər. Azerisport.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, Kanatlarovski klublarımızdan təklif alıb.
Lakin Bolqarıstan mətbuatı makedoniyalı məşqçinin Azərbaycanınn hansı klubundan təklif aldığını açıqlamayıb. Kanatlarovskinin həmçinin Cənubi Kiprdən və Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan da təklif aldığı deyilir.
Qeyd edək ki, 50 yaşlı Kanatlarovski iki dəfə Makedoniya yığmasına başçılıq edib. İlk dəfə 1999-2001-ci illərdə milliyə rəhbərlik edən mütəxəssis 2003-2005-ci illərdə də ölkənin əsas komandasını çalışdırıb. Bundan başqa o, ölkəsinin müxtəlif klublarının baş məşqçisi vəzifəsində çalışıb.
