18 iyun 2011 12:37
Türkiyə-Azərbaycan: Vaxt məlumdu, stadion yox
AÇ-2012-nin seçmə mərhələsində rəqibimiz olan Türkiyə yığması ilə səfər matçımızın başlama saatı da müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma Türkiyə vaxtı ilə 19:00-da (Bakı vaxtı ilə 21:00-da) start götürəcək.
Lakin bu qarşılaşmanın hansı stadionda keçiriləcəyi hələ də dəqiqləşməyib. Hələlik, məlum olan yeganə şey bu qarşılaşmanın İstanbulda oynanılacağıdı.
