18 iyun 2011 13:01
Ballak millidə vida matçından imtina edib, Lövü axmaq adlandırdı
“Bayer” (Leverkuzen) klubunun təcrübəli ulduzu Mixael Ballak, Almaniya milli komandasında vida matçının keçirlməsi təklifindən imtina edib. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Bundestim Braziliya ilə sınaq matçı keçirəcək ki, yığma rəhbərliyi də məhz bu görüşün Ballakın vida matçı olmasını təklif edib.
Qeyd edək ki, Almaniya millisinin çalışdırıcısı Yoahim Löv 34 yaşlı Ballakın artıq yığma karyerasının sonunun gəldiyini düşünür və ona bir daha şans verməyəcəklərini bəyan etmişdi. Bu üzdən də o, avqustun 10-da keçiriləcək Braziliya ilə matçda təcrübəli futbolçunun milli forma ilə son oyununa çıxmasını gözlədiklərini söyləmişdi.
Amma Ballak bu məsələyə heç də isti yanaşmır. O, “Bild”ə açıqlamasında sözügedən təklifi belə dəyərləndirib: “Uzun müddətdi planlanan bir dostluq matçını mənim vida matçıma çevirmək fikri məncə axmaqlıqdı. Tərəfdarlarımıza borcluyam və bu matçda oynamağım lazımdı. Amma bunu qəbul edə bilmərəm”.
