19 iyun 2011 01:20
Mesut Özil siqaret çəkərkən yaxalandı! (FOTO)
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının və İspaniyanın “Real” (Madird) klubunun üzvü Mesut Özil dostlarıyla birgə istirahət edərkən paparatsilərin hədəfinə çevrilib. Azerisport.az xəbər verir ki, İspaniya mətbuatı onu siqaret çəkərkən yaxalayıb.
Bundestimin türk əsilli futbolçusu İbiza adalarında gözdən-qulaqdan uzaq olduğunu düşünüb. Lakin onun bu arxayınlığı ispaniyalı həmkarlarımız üçün əsl göydəndüşmə olub. Mesut Özil dostlarıyla birgə çıxdığı gəzinti zamanı siqaret çəkərkən, alkoqollu içkilər içərkən görüntülənib.
Hazırda İspaniya mətbuatının manşetlərini məhz Özilin bu şəkilləri bəzəyir. Onun bu hərəkətləri isə daha çox “Real” azarkeşlərini özündən çıxarıb.
