19 iyun 2011 13:54
“Qəbələ ilə görüşümüz Parma ilə oyun qədər maraqlı olacaq”
İngiltərənin “Luton Town” komandasının məşqçisi Alan Nilsen Azərbaycanın “Qəbələ” futbol klubu ilə keçirəcəkləri yoxlama görüşü barədə fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, bu haqda açıqlamasında aşağıdakıları dilə gətirib:
“Bizi İtaliyanın “Parma” və Azərbaycanın “Qəbələ” klubları ilə yaxşı yoxlama oyunları gözləyir. Hər iki komandanın heyətində çox gözəl futbolçular çıxış edir, yaxşı oyun sərgiləyirlər. Biz “Qəbələ” ilə tanış olmuşuq, onların saytına baxmışıq, bilirik ki, Azərbaycan Rusiya ilə sərhəddə yerləşir. Toni Adamsın yetirmələri çox yaxşıdılar, sürətli və güclüdülər. Buna görə də hesab edirəm ki, “Qəbələ” ilə qarşılaşmamız da elə “Parma” ilə oyun qədər maraqlı olacaq”.

Qeyd edək ki, “Luton Town” – “Qəbələ” görüşü iyulun 27-də Toni Adamsın komandasının İngiltərə toplanışı çərçivəsində baş tutacaq.