19 iyun 2011 12:14
Röya XL oyunçuları ilə klip çəkdirəcək
Tanınmış müğənni Röya futbol mövzusunda klip çəkdirir. Azerisport.az xəbər verir ki, o, bu haqda ölkənin şou-proqramlarından birində açıqlama verib.
Röya bildirib ki, “Xəzər Lənkəran”ın futbolçuları ilə klip çəkdirmək istəyir. Ən maraqlısı odu ki, müğənni bu klipini Türkiyədə çəkdirmək istəyir.
Qeyd edək ki, bu yaxınlarda Sevda Yəhyayeva “Neftçi”nin və milli komandamızın müdafiəçisi Ruslan Abışovla birgə klip çəkdirmişdi. Özü də həmin klip də Türkiyədə ərsəyə gəlmişdi.
