19 iyun 2011 12:49
Neftçi və İnter Ukraynanın eyni klubuna qarşı
Azərbaycanın iki klubu – “İnter” və “Neftçi” Ukrayna təmsilçisi “Metallurg”la yoldaşlıq görüşü keçirəcək. Azerisport.az xəbər verir ki, hər iki klubumuz Zaporojye təmsilçisi ilə Türkiyədə üz-üzə gələcək.
“Neftçi” – “Metallurg” görüşü iyunun 21-də baş tutacaq. “İnter”lə qarşılaşma isə iyunun 29-na təsadüf edəcək.
Maraq üçün xatırladaq ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək son çempion “Neftçi” artıq xeyli müddətdi Türkiyənin Sparta şəhərində hazırlıqlarını davam etdirir. “İnter” isə bu şəhərə iyunun 23-də yollanacaq.
Sonda “Metallurg”un son mövsümdə Ukrayna çempionatının yüksək dəstəsində sonuncu pilləni tutaraq, elitanı tərk etdiyini də vurğulayaq. (ua-football.com)
