20 iyun 2011 01:11

Rusiya futbolunda şok olay!

Rusiya Premyer Liqasında futbol meydanlarında heç də asanlıqla rast gəlinməyəcək bir olay yaşanıb. Azerisport.az xəbər verir ki, “Zenit”in formasını geyən serbiyalı hücumçu Danko Lazoviç stadionda polis zorakılığına məruz qalıb.
 
Sankt-Peterburq təmsilçisinin forvardı “Volqa” (Nijni Novqorod) ilə səfər matçından sonra qazandıqları 2:0 hesablı qələbəni azarkeşləri ilə bayram etmək üçün onlar oturan sektora yaxınlaşıb. Lakin qələbə sevincini tərəfdarları ilə paylaşmaq üçün formasını onlara vermək istədiyi bir vaxtda polis tərəfindən elektrik şoku aləti ilə hücuma məruz qalıb.
 
Bu nadir və çirkin olay “Zenit” rəhbərliyini də özündən çıxarıb. Klubun rəsmi saytında olaya sərt etiraz bildirilib. Lazoviç özü də olayla bağlı fikirlərini bildirib: “Qarşılaşmanın ardından formamı tərəfdarlara vermək üçün onların yanına getdiyim zaman arxamda bir polis peyda oldu və elektrik şoku ilə məni arxadan vurdu. Bu olayın niyə baş verdiyini bilmirəm. Bəlkə də mənim bir tərəfdar olduğumu zənn etdi”.
 
Klub rəhbərliyi polisin və Futbol Federasiyasının bu özbaşınalığa görə cavab verməsini tələb etsə də, qarşı tərəf bu iddiaları qəbul etmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.