20 iyun 2011 13:45
Qarabağ ilk transferini rəsmiləşdirdi
Rauf Əliyevin Qazaxıstanla oyunda zədələnməsi və ən azı iki aylıq sıradan çıxması "Qarabağ"ı çətin vəziyyətə salmışdı. Azerisport.az xəbər verir ki, Avropa Liqasında mübarizə aparacaq Ağdam klubu bu üzdən üzləşdiyi hücumçu problemini artıq həll edib.
Belə ki, bu boşluğu doldurmaq üçün xeyli müddət idi fəaliyyətə başlayan ağdamlılar Raufun yoxluğunu yerli hücumçu ilə - Bəxtiyar Soltanovla unutdurmağa çalışacaq. Belə ki, Qurban Qurbanovun komandası artıq “Bakı”nın sabiq forvardı ilə münasibətlərini rəsmiləşdirib.
"Bakı" rəhbərliyi ilə maliyyə məsələlərində anlaşa bilməyən və klub axtarışına başlayan Bəxtiyar özü də "Qarabağ"da oynamağın əleyhinə deyildi. Artıq bir neçə gün idi ki, tərəflər müqavilənin maliyyə tərəflərini müzakirə edirdilər. 22 yaşlı futbolçunun Ağdam klubu ilə 2 illik müqaviləyə imza atdığı bildirilir.
