20 iyun 2011 14:36
AZAL Avroliqa üçün heyətini açıqladı
Avropa Liqasında ölkəmizi təmsil edəcək AZAL iştirak ərizəsini UEFA-ya təqdim edib. Azerisport.az xəbər verir ki, əsas siyahıya (List A) 19 nəfəri daxil edən komandanın ərizəyə 1 nəfəri də əlavə etmək imkanı qalır.
Belə ki, əsasnaməyə görə oyuna 1 gün qalmış siyahıya 1 futbolçunun adını daxil etmək mümkündü. Bundan başqa, ikinci siyahıya (list B) 1990-cı ildən sonra anadan olan gənc futbolçuları da yazmaq olar. Beləliklə, AZAL Avroliqanın 1-ci təsnifat mərhələsində bu futbolçularla çıxış edəcək:
Qapıçılar: Cahangir Həsənzadə, Amil Ağacanov.
Müdafiəçilər: Robert Petrov, Usim Nduka, Ritus Krjauklis, Nuqzar Kvirtiya.
Yarımmüdafiəçilər: Aqil Nəbiyev, Mənsur Limani, Viktor İbekoyi, Pius İkedia, Tərlan Xəlilov, Vüsal Qarayev, Hüseyn Axundov, Elgün Abbaslı, Cavid Rəhimov, Zohair Benouahi, Orxan Səfiyaroğlu.
Hücumçular: Enyo Krastovçev, Elşən Məmmədov.
