20 iyun 2011 14:42
Galatasaray ilk bombasını partlatdı
Türkiyənin “Galatasaray” klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, bir neçə gün əvvəl İstanbul klubu ilə razılığa gələn çexiyalı müdafiəçi Tomas Uyfaluşi Türkiyəyə gəlib.
O, “Galatasaray”ın Florya Metin Oktay bazasını ziyarət edib və burda baş məşqçi Fatih Terimlə görüşüb. Daha sonra isə Tomasla 2+1 illik müqavilə imzalanıb. Bu gün həkim müayinəsindən keçəcək çex oyunçuya görə İspaniyanın "Atletico" klubuna 3 milyon transfer haqqı ödəniləcək. Futbolçu özü isə ildə 2 milyon qazanacaq.
Tomas Uyfaluşinin transferini həll edən "Qalatasaray" onun komanda yoldaşı Xose Antonio Reyesin də yolunu gözləyir. "Atletico"nun 27 yaşlı ispan hücumçusu ilə artıq anlaşma əldə olunub. Çərşənbə günü İstanbula gələcək futbolçu ilə 4 illik müqavilə imzalanacaq.
"Sarı-qırmızılılar"ın transfer etmək istədiyi digər "Atletico"lu ulduz - Dieqo Forlanla bağlı isə danışıqlar davam edir. Prinsipial anlaşma əldə olunduğu iddia edilən futbolçu hazırda Uruqvay millisinin heyətində Amerika Kubokuna hazırlaşır. "Galatsaray" rəhbərliyinin Forlanın razılığını almaq üçün çalışdığı deyilir.
