20 iyun 2011 14:50
Haciyevski millimizə rəqib olur
Makedoniya KİV-i futbol üzrə Azərbaycan millisini, eləcə də “Bakı” və “Simurq” klublarının sabiq baş məşqçisi Qyoko Haciyevskinin Makedoniya yığmasına rəhbərlik edəcəyinə əmindi. Azerisport.az xəbər verir ki, onun namizədliyi yerli federasiya tərəfindən də ən sərfəli variant kimi dəyərləndirilir.
Bundan başqa “Wikipedia”da da Hacıyevskinin profilində onun artıq Makedoniya yığmasının baş məşqçisi olduğu göstərilib. Makedoniya millisi isə bu günlərdə istefaya göndərilən Mirsad Yonuzun gedişindən bəri başsız qalıb.
Xatırladaq ki, avqustun 10-da Bakıda Azərbaycan və Makedoniya milli yığma komandalarının yoldaşlıq oyunu baş tutacaq. Həmin görüşə isə makedoniyalıları yeni baş məşqçi çıxarmalıdı ki, bu ölkədə həmin şəxsin məhz Haciyeski olacağı ən yüksək ehtimal kimi qiymətləndirilməkdədi.
