20 iyun 2011 15:00
“Təəssüf ki, Fulham ilə oynaya bilməyəcəyik”
AZAL-ın prezidenti Vaqif Qasımov Avropa Liqasının seçmə mərhələsinin bu gün baş tutacaq ilk dövrəsinin püşkatmasını şərh edib. Azerisport.az-a müsahibəsində o, bunları dilə gətirib:
“Əvvəlcədən istəyirdim ki, AZAL “Fulham” ilə oynasın. Amma artıq heç nə edə bilmərik. Beş mümkün variantdan Gürcüstan “Dinamo”suna qarşı oynamaq istəməzdim. Keçmiş Sovet komandaları bizə yaxşı tanışdı. Sırf Avropa komandalarına qarşı oynamaq istərdik. İndiki halda Macarıstanın “Ferencvárosi” və ya Polşanın “Jagiellonia” komandası ilə qarşılaşmaq pis olmazdı”, deyə “təyyarəçilər”in rəhbəri bildirib.
