20 iyun 2011 15:38
Azərbaycanlı futbolçular Almaniya təmsilçisi ilə üz-üzə
Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tələbələr arasında sayca 9-cu Avropa çempionatında Azərbaycan komandası bu gün ilk oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi almaniyalı tələbələrdən ibarət kollektiv olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, C qrupunda mübarizə aparan təmsilçimizin digər rəqibi Kipr komandasıdı. Azərbaycan – Kipr oyunu iyunun 22-də, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.
