20 iyun 2011 16:02
“Xorvatlar Flavinyodan tutmuş Stamenkoviçə kimi legionerlərimizdən xəbərdardı”
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Əşrəfoğlu bildirib ki, onlara rəqib olan xorvatlar komandamız haqda kifayət qədər məlumatlıdılar. Azerisport.az saytına açıqlamasında Əşrəfoğlu bunları dilə gətirib:
“Dinamo” (Zaqreb) nümayəndələri mənimlə söhbətlərində açıq şəkildə bildirirdilər ki, “Neftçi” ilə qarşılaşmaqdansa, daha zəif rəqiblərlə düşməklərini istəyirlər. Onların nümayəndəsi həmçinin komandamız haqda geniş informasiyaya malik olduğunu da gizlətmədi. O, bizim legionerlərdən Flavinyo, Mpenza, hətta bu yaxınlarda transfer etdiyimiz qapıçı Saşa Stamenkoviçi də tanıyırdı”.