20 iyun 2011 16:34
Rəşad Sadıqov: Banga düşə biləcəyimiz ən zəif rəqib deyildi
“Qarabağ”ın liderlərindən olan Rəşad Sadıqov Avropa Liqasının birinci təsnifat mərhələsi üçün püşkatmanın nəticələrini dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, Litva təmsilçisi “Banga” ilə qarşılaşmalarına dair bunları dilə gətirib:
“Bu, heç də düşə biləcəyimiz ən zəif rəqib deyildi. Amma bütövlükdə püşkatmanı normal dəyərləndirirəm. İndi şanslardan danışmaq çətindi. Bundan sonra onlar haqda informasiya toplamağa və hazırlaşmağa çalışacağıq”.