20 iyun 2011 16:51
Qarabağ üçün zəif və yurdsuz rəqib
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparacaq "Qarabağ" klubu bu mərhələdə Litvanın "Banga" klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Qarqjday şəhərinin təmilsçisi ötən mövsümü 6-cı pillədə başa vurmasına baxmayaraq, Litva kubokunun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanıb.
"Banga" 1966-cı ildə yaradılıb və yalnız 1996-cı ildən peşəkar kluba çevirilib. Bu komanda ev oyunlarını 800 azarkeş tutumu olan və şəhərin adını daşıyan stadionda keçirir. Bu üzdən də “Banga” “Qarabağ”la doğma meydanda yox, Klaypededə - “Jalgiris”in stadionunda üz-üzə gələ bilər. Ağdam klubunun rəqibi Miriampol və Şaulyay varıantlarını da nəzərdən keçirir və hələlik fikrini qətiləşdirməyib.
Klubun prezidenti Dainius Şatkus, baş məşqçisi Arminas Narbekovasdı. Futbolçu karyerası ərzində Moskva "Lokomotiv"i, "Austriya" kimi klublarda forma geyinən hazırkı baş məşqçi SSRİ və Litva yığmalarının şərəfini qoruyub. Məşqçiliyə 2004-cü ildə başlayan 46 yaşlı Narbekovas "Veykersdorf", "Jalqiris", "Donau" klublarını çalışdırıb və 2009-cu ildə "Banqa"ya gəlib. O, 2010-cu ildən həm də Litva yığmasında köməkçi-məşqçi işləyir.
Mövsümü 6-cı pillədə başa vuran "Banqa"nın heyətindən heç kim ölkə yığmasına çağırılmır. "Banqa"nın heyətində cəmi dörd legioner çıxış edir. Belə ki, ruslar - İlya Rodkin və Andrey Usakyov, nigeriyalı Kaleb Ekveqvo və kamenurlu Serge Tatyefanq "Qarabağ"a qarşı oynaya bilər.
Klubun heyətində futbol azarkeşlərimizə tanış olan Marius Kazlauskas, Anatoli Ostap və İrmantas Zelmikas da çıxış edir.
