20 iyun 2011 17:06
“Onlarda çempionatının qızğın vaxtıdı və bu, bizi narahat etməyə bilməz”
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Avropa Liqasının seçmə mərhələsinin birinci dövrəsinin püşkatmasının nəticəsinə görə “Minsk”lə (Belarus) baş tutacaq oyun barədə fikirlərini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hazırda rəqimiz 17 xalla altıncı yerdə qərarlaşıb. Onların yerli çempionatının qızğın vaxtıdı və bu, bizi narahat etməyə bilməz. Ancaq AZAL Azərbaycanı təmsil edir və biz layiqli oyun göstərməliyik. Deməzdim ki, “Minsk” zəif komandadı. Bəlkə də, bu turnirdə belələri sadəcə yoxdu. Hər bir rəqibə hörmətlə yanaşmaq şərtdi. Belaruslarla ilk oyunu səfərdə keçirmək istərdim. Ancaq futbolda evdə səfərdə olduğundan zəif oynayırsan. Ona görə də biz hər şeyə hazır olmalıyıq”.
