20 iyun 2011 17:20
“Onların rəhbəri çox imkanlı adamdı”
Azərbaycan çempionu "Neftçi"nin Çempionlar Liqasındakı rəqibi "Dinamo" (Zaqreb, Xorvatiya) klubunun baş məşqçisi Krunoslav Yurciç deyib klubun rəsmi saytına müsahibəsində "Neftçi"dən çəkindiyini bildirib. Azerisport.az xəbər verir ki, o, komandasının rəqibini belə dəyərləndirib:
"Bu yaxınlarda mən İqor Mitreski ilə görüşmüşəm. Onunla çoxdan dostuq. Mitreski ilə "Neftçi" haqda danışmışdıq. O dedi ki, komandada 5 braziliyalı, üstəlik, Emil Mpenza oynayır. Həmçinin onlar Aleksandr Qleblə danışıqlar aparırlar. Məqsədimiz ən azı qrup mərhələsində çıxış etməkdi. Bəlkə də "Neftçi" bizə başqa komandalardan çox müqavimət göstərəcək. Çünki onların rəhbəri çox imkanlı adamdı. Mən belə rəqibdən qaçmaq istəyirdim. İlk oyunun səfərdə keçirilməsi yaxşı olardı".
