20 iyun 2011 18:25
Maccabi`nin baş məşqçisi: Püşk bəxtimizə asan rəqib çıxarmadı
İsrailin “Maccabi” (Təl-Əviv) klubunun baş məşqçisi Motti İvanir Avropa Liqasının ikinci təsnifat mərhələsində onlara rəqib olan Azərbaycan kubokunun sahibi “Xəzər Lənkəran”ı dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, komandamızla bağlı bunları dilə gətirib:
“Püşk bizə heç də asan rəqib bəxş etmədi. Amma bunun əvəzində biz heç də uzaq ölkəyə uçmalı olmayacağıq. Hər halda düşünmürəm ki, bu, mənim yetirmələrimdə yorğunluğa səbəb olsun”.
