20 iyun 2011 18:32
Tuyqun Nadirov: Bizə çox ciddi komanda düşdü
“Xəzər Lənkəran”ın baş məşqçisi Tuyqun Nadirov Avropa Liqasının ikinci təsnifat mərhələsində onlara rəqib olan İsrailin “Maccabi” klubunu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, Təl-Əviv təmsilçisini kifayət qədər ciddi rəqib hesab etdiklərini bildirib:
“Bizə çox ciddi komanda düşdü. Kifayət qədər güclü rəqiblə oynamalı olacağıq. Amma bizim komanda da əsaslı şəkildə bu oyuna hazırlaşacaq ki, rəqibini mübarizədən kənarlaşdıra bilsin. Çünki bizə növbəti mərhələyə yüksəlmək lazımdı”.