20 iyun 2011 18:41
Əmrah Çəlikəl: Banga`nı keçmək olar
“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl Avropa Liqasının birinci təsnifat mərhələsində onlara rəqib olan Litva “Banga”sını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Püşkatmanın nəticəsindən şikayətlənə bilmərəm. Düzdü, biz daha zəif rəqiblərlə də düşə bilərdik. Amma bu nəticə də pis deyil. “Banga”nı keçmək olar. Bizim vəzifəmiz isə sadəcə ikinci təsnifat mərhələsinə yüksəlməkdən ibarət deyil. Biz Avroliqanın qrup mərhələsinə düşmək istəyirik. İndi texniki heyətimiz bu rəqibi daha yaxından öyrənməlidi. Çünki “Banga”nı məğlub etməkdən başqa yolumuz yoxdu”.