20 iyun 2011 18:46

XL üçün qocaman və titullarla zəngin rəqib

Avropa Liqasının ikinci təsnifat mərhələsində "Xəzər Lənkəran"ın rəqibi olacaq İsrailin "Maccabi" (Təl-Əviv) klubu 1906-ci ildə yaradılıb. Azerisport.az xəbər verir ki, bu il 105 yaşı tamam olan komandanın ləqəbi "sarılar"dı.
 
Ötən mövsümü 3-cü pillədə tamamlayan "Maccabi" ölkəsinin ən titullu klublarındandı. 20 dəfə İsrail çempionluğunu bayram edən (1923, 1929, 1936, 1937, 1942, 1947, 1950, 1952, 1954, 1956, 1958, 1968, 1970, 1972, 1977, 1979, 1992, 1995, 1996, 2003-cü illərdə) bu komanda 22 dəfə də İsrail Kubokunun qalibi (1929, 1930, 1933, 1941, 1946, 1947, 1954, 1955, 1958, 1959, 1964, 1965, 1967, 1970, 1977, 1987, 1988, 1994, 1996, 2001, 2002, 2005-ci illərdə) olub. "Maccabi" həm də 1969 və 1971-ci illərdə klublar arasında Asiya çempionluğunu, 1977 və 1979-cu illərdə İsrail Super Kubokunu qazanıb.
 
İsrail paytaxtını təmsil edən komanda ev oyunlarını 14700 azarkeş tutumu olan "Bloomfield" stadionunda keçirir. Klubun sahibi və prezidenti Mitşell Qoldar, baş məşqçisi israilli Motti İvanirdi. O, inliyədək "Beytar", "Makkabi" (Netanya), "Hapoel" (Beer Şeva), "Hapoel" (Çfar Saba), "Hapoel" (Ramat Qan), "Hakoah", "Beytar", "Hapoel" (Nazaret) klublarına, İsrail U-17-si və U-21-nə başçılıq edib.
 
Komandanın oyunçularından Rahamin Şaban, Barak Yitsaki, Yuval Avidor, Maor Bar Buzaqlo, Yoav Ziv, Roberto Damian və Avraam Strool vaxtaşırı İsrail yığmasına dəvət alır.
 
Komandanın heyətində 4 legioner var. Onlardan bosniyalı Haris Medunyanin və çernoqoriyalı Savo Paviceviç ölkələrinin yığmasına dəvət alır. Bundan başqa komandada seneqallı Mussa Konate və braziliyalı Nivaldo da çıxış edir.
 
Ötən mövsüm komandanın ən sərrast futbolçusu 24 yaşlı Atar Eliran olub. 33 oyunda meydana çıxan hücumçu 15 dəfə rəqib komandaları məyus etməyi bacarıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.