20 iyun 2011 19:00
“Birinci mərhələdə uduzmağa hazırlaşmırıq”
“Neftçi”nin makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski bu gün keçirilən Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasında onlara rəqib olan Zaqreb “Dinamo”sunu dəyərləndirib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın oyunçusu UEFA-nın rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Bura Çempionlar Liqasıdı və hansısa rəqibin zəifliyindən danışmağa dəyməz. Zaqreb “Dinamo”su kimi güclü rəqiblə görüşə gəlincə, bu, bizim daha güclü motivasiya ilə oynamağımıza səbəb olacaq. Biz oturub gözləmirdik ki, kiminlə düşəcəyik. Buna qədər də Çempionlar Liqasına hazırlaşırdıq və güclənirik. Biz birinci mərhələdə uduzmağa hazırlaşmırıq”.