20 iyun 2011 20:11
Qurban Qurbanov: Banqa zəif rəqib deyil
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının ilk mərhələsində üzləşəcəkləri rəqibi – Litva təmsilçisi “Banga” haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
“5 komanda məlum olduğu zaman qısaca da olsa rəqibləri analiz etdik. “Banga” deyildiyi kimi zəif komanda deyil. Onlarda hazırda çempionatın qızğın vaxtıdı. Komandalar yaxşı vəziyyətdədi. Rəqibimiz son 5 oyunun 4-də qələbə qazanıb, birində heç-heçə edib. Göründüyü kimi son zamanlar çıxışdadılar. Çox gənc komandadı. Demək ki sona qədər mübarizə aparacaqlar. Meydanın hər yerində vuruşacaqlar. Ona görə də rəqibi lazım olduğu qədər qiymətləndiririk. Futbol oynamadan, hazırlaşmadan nəticə qazanmaq mümkün deyil. Tam səmimi deyirəm, 2-ci mərhələ haqqında hələ fikirləşmirik. Komanda olaraq da eyni durumdayıq. İlk olaraq, litvalılarla oyuna hazırlaşmalıyıq. Çalışacağıq ilk oyuna kimi maksimum hazır olaq”.