20 iyun 2011 20:57

Minsk`in baş məşqçisi ehtiyatlı danışdı

Belarusun “Minsk” klubunun baş məşqçisi Vitali Tarakanov Avropa Liqasında qarşılaşacaqları Azərbaycan təmsilçisi AZAL ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan püşkatmanın nəticələrindən danışarkən bunları dilə gətirib:

“Püşkdən öncə müəyyən mülahizələrimizi irəli sürürdük. Xüsusilə uzaq məsafəyə getməməyi arzulayırdıq. Milli çempionatdakı oyun qrafikimiz çox sıxdı. Ehtiyat qüvvəmiz isə azdı. Uzaq məsafəyə uçmaq da gücü azaldır. Amma Azərbaycan klubu ilə düşmüşük və bunu fakt kimi qəbul etməliyik. Bakı təmsilçisi barədə hələlik az bilirik. Yenicə informasiya toplamağa başlamışıq. “Minsk”in şanslarının əllinin əliyə olduğunu düşünürəm. Amma ilk mərhələdəki rəqibimizin bizə nə dərəcədə düşərli olduğunu iyulun 7-də biləcəyik. Şübhəsiz ki, tanımadığın rəqiblə səfərdə qarşılaşmaq daha yaxşı olardı. Amma püşk Avroliqadakı debütümüzün evdə alınmasını istəyirsə, buna məcburuq. Bizi indi ilk oyunda iki vəzifə gözləyir: “Olimpik”i (UEFA-nın rəsmi saytında AZAL “Olimpik-Şüvəlan” adı ilə qeyd olunduğundan beloruslar da klubumuzu məhz belə adlandırırlar – red.) tanımaq və müsbət nəticəyə nail olmaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.