20 iyun 2011 11:05
Azərbaycan yığması Almaniya və İsveçrə klubları ilə üz-üzə
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 22-dən iyulun 3-ə qədər Almaniyanın Münhen şəhərində təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, komandamız hazırlıq prosesi çərçivəsində Ka-Cup turnirində iştirak edəcək.
Yığmamızla yanaşı, turnirdə aşağıdakı komandalar mübarizə aparacaq: St. Gallen U-17 (İsveçrə), Zurich Women U-17 (Isveçrə), USC Landhaus U-17 (Avstriya), Wacker Munchen U-17 (Almaniya).
Yığmamızın turnirdə iştirak edəcək heyətini diqqətinizə çatdırırıq:
Mədinə Xələfova, Günay İsmayılova, Əminə Heydərova, Jalə Məmmədova, Jalə Məhsimova, Nərgiz Ömərova, Kamilla Məmmədova, Şəfəq Nəsirova, Sevinc Qurbanova, Suğra Xəlilova, Aliyə Vəliyeva, Olya Şioşvili, Aysun Əliyeva.
