20 iyun 2011 17:34
Qarabağ Litva, AZAL Belarus, XL İsrail klubu ilə düşdü (YENİLƏNİB)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 2011/12 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da start götürən tədbirdə düz 105 komanda öz rəqiblərini tanımış olub.
Qeyd edək ki, həmin 105 iştirakçıdan üçü də Azərbaycan təmsilçisiydi. Son illərdə ölkəmizi avrokuboklardakı uğurları ilə sevindirməyi bacaran “Qarabağ”, eləcə də ikinci dəfə qitə miqyaslı turnirdə çıxış etmək şansı qazanan AZAL Avroliqanın birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bütövlükdə isə, birinci təsnifat mərhələsində 50 klub mübarizə aparacaq ki, onlar arasındakı ilk oyunlar iyunun 30-da, cavab görüşləri isə iyulun 7-də baş tutacaq.
İlk mərhələnin qalibləri ikinci mərhələdə mübarizəni davam etdirəcəklər. İkinci mərhələyə milli kubokları qazanmış 19 komanda birbaşa qoşulacaq. Onlardan biri də təmsilçimiz “Xəzər Lənkəran” olacaq. Xatırladaq ki, cənub təmsilçisi püşkatma zamanı səpələnməmişlər sırasında yer almışdı. Bu dövrənin oyunları müvafiq olaraq iyulun 14-ü və 21-də keçiriləcək.
İkinci mərhələnin 40 ən güclü komandası növbəti mərhələyə keçəcək və mübarizəni "Alania", "Karpaty", "Gomel", "Atletico" və “AZ Alkmaar” kimi komandalarla davam etdirəcəklər.
Püşkatma prosesinə gəlincə, ilk seçmə mərhələnin iştirakçılarının yarısı UEFA əmsallar cədvəlinə uyğun olaraq səpələnmiş status alıb. UEFA klubları hər birində 10 komanda olmaqla 5 qrupa bölmüşdü. Hər bir qrupda eyni sayda səpələnmiş və səpələnməmiş komandalar yer almışdı. Hər qrupun pükatması zamanı səpələnmiş və səpələnməmiş komandaların adları yazılmış kürəciklər iki ayrı kasaya yerləşdirilirdi. Sonra hər kasadan bir kürəcik mərkəzdə yerləşdirilmiş üçüncü kasaya qoyulur və qarışdırılırdı. Adları kürəcikdən ilk çıxan klublar cütün ilk oyununu evdə keçirirdilər. Eyni ölkədən təmsilçiləri olan komandalar müxtəlif cütlərə ayrılırdı.
"Qarabağ"la AZAL-ın da öncə belə 5 potensial rəqibləri müəyyənləşmişdi. Ağdam klubu Banga (Litva), Trans Narva (Estoniya), Shakhter (Karaqandi, Qazaxıstan), Tre Penne (San Marino) və Santa Coloma (Andorra) klublarından biri ilə düşə bilərdi. AZAL-ın rəqibləri isə bir qədər çətin idi: Jagiellonia (Polşa), Dinamo (Tbilisi, Gürcüstan), Minsk (Belarus), Budućnost (Çernoqoriya), Ferencvárosi (Macarıstan).
"Qarabağ"ın bəxtinə "Banga" düşdü. AZAL isə növbəti mərhələyə adlamaq üçün "Minsk" səddini keçməlidi. Ağdam klubu mərhələ adlasa, Farer adalarını təmsil edən "Streymur"la qarşılaşacaq. AZAL isə növbəti mərhələyə adlayacağı halda Türkiyənin "Gaziantepspor" klubuyla qarşılaşmaq imkanı əldə edəcək.
Mübarizəyə ikinci mərhələdən qoşulacaq "Xəzər Lənkəran" isə İsrailin "Maccabi" (Təl-Əviv) klubuyla qarşılaşacaq.
BİRİNCİ TƏSNİFAT MƏRHƏLƏSİ
1-ci qrup
Səpələnmişlər: Elfsborg (İsveç), Tromse (Norveç), Honka (Finlandiya), Reykjavik (İslandiya), The New Saints (Uels).
Səpələnməmişlər: Daugava (Latviya), Cliftonville (Norveç), Nomme Kalju (Estoniya), Fuglafjordur (Farer adaları), Fola Esch (Lüksemburq).
1. Reykjavik (İslandiya) - Fuglafjordur (Farer adaları)
2. Daugava (Latviya) - Tromse (Norveç)
3. Elfsborg (İsveç) - Fola Esch (Lüksemburq)
4. The New Saints (Uels) - Cliftonville (Norveç)
5. Honka (Finlandiya) - Nomme Kalju (Estoniya)
2-ci qrup
Səpələnmişlər: Fulham (İngiltərə), Saint Patrick's (İrlandiya), Aalesunds (Norveç), Häcken (İsveç), Renova (Makedoniya).
Səpələnməmişlər: Glentoran (Şimali İrlandiya), Vestmannaeyjar (İslandiya), Runavík (Farer adaları), Neath (Uels), Käerjéng (Lüksemburq).
6. Fulham (İngiltərə) - Runavík (Farer adaları)
7. Vestmannaeyjar (İslandiya) - Saint Patrick's (İrlandiya)
8. Häcken (İsveç) - Käerjéng (Lüksemburq)
9. Aalesunds (Norveç) - Neath (Uels)
10. Renova (Makedoniya) - Glentoran (Şimali İrlandiya)
3-cü qrup
Səpələnmişlər: QARABAĞ (AZƏRBAYCAN), Rabotnicki (Makedoniya), Rad (Serbiya), Koper (Sloveniya), Paksi (Macarıstan)
Səpələnməmişlər: Banga (Litva), Trans Narva (Estoniya), Shakhter (Karaqandi, Qazaxıstan), Tre Penne (San Marino), Santa Coloma (Andorra).
11. Koper (Sloveniya) - Shakhter (Karaqandi, Qazaxıstan)
12. Banga (Litva) - QARABAĞ (AZƏRBAYCAN)
13. Paksi (Macarıstan) - Santa Coloma (Andorra)
14. Rabotnicki (Makedoniya) - Trans Narva (Estoniya)
15. Rad (Serbiya) - Tre Penne (San Marino)
4-cü qrup
Səpələnmişlər: Jagiellonia (Polşa), Dinamo (Tbilisi, Gürcüstan), Minsk (Belarus), Budućnost (Çernoqoriya), Ferencvárosi (Macarıstan).
Səpələnməmişlər: Milsami (Moldova), Flamurtari (Albaniya), AZAL (AZƏRBAYCAN), İrtış (Qazaxıstan), Ulisses (Ermənistan).
16. Budućnost (Çernoqoriya) - Flamurtari (Albaniya)
17. Ulisses (Ermənistan) - Ferencvárosi (Macarıstan)
18. Jagiellonia (Polşa) - İrtış (Qazaxıstan)
19. Minsk (Belarus) - AZAL (AZƏRBAYCAN)
20. Dinamo (Tbilisi, Gürcüstan) - Milsami (Moldova)
5-ci qrup
Səpələnmişlər: Spartak (Trnava, Slovakiya), Varaždin (Xorvatiya), Metallurg (Rustavi, Gürcüstan), Široki Brijeg (Bosniya Herseqovina), Birkirkara (Malta).
Səpələnməmişlər: Olimpija Ljubljana (Sloveniya), Vllaznia (Albaniya), Zeta (Çernoqoriya), Banants (Ermənistan), Lusitans (Andorra).
21. Varaždin (Xorvatiya) - Lusitans (Andorra)
22. Banants (Ermənistan) - Metallurg (Rustavi, Gürcüstan)
23. Birkirkara (Malta) - Vllaznia (Albaniya)
24. Široki Brijeg (Bosniya Herseqovina) - Olimpija Ljubljana (Sloveniya)
25. Spartak (Trnava, Slovakiya) - Zeta (Çernoqoriya)
İKİNCİ TƏSNİFAT MƏRHƏLƏSİ
22-ci cütün qalibi - 18-ci cütün qalibi
Suduva (Litva) - 3-cü cütün qalibi
Metallurg (Makedoniya) - Lokomotiv (Sofiya, Bolqarıstan)
Sant Julia (Andorra) - Bnei Yehuda (İsrail)
XƏZƏR LƏNKƏRAN (AZƏRBAYCAN) - Maccabi (Təl-Əviv, İsrail)
Zeljeznicar (Bosniya və Herseqovina) - Sheriff (Moldova)
Kuopion Palloseura (Finlandiya) - Gaz Metan (Rumıniya)
19-cu cütün qalibi - Gaziantepspor (Türkiyə)
Iskra-Stal (Moldova) - 21-ci cütün qalibi
Tauras (Litva) - Den Haag (Hollandiya)
10-cu cütün qalibi - Vorskla” (Ukrayna)
Juvenes (San Marino) - 14-cü cütün qalibi
Orebro (İsveç) - Sarajevo (Bosniya və Herseqovina)
Crusaders (Şimali İrlandiya) - 6-cı cütün qalibi
Llanelli (Uels) - 20-ci cütün qalibi
Floriana (Malta) - AEK (Kipr)
Şaxtyor (Belarus) - Ventspils (Latviya)
16-cı cütün qalii - Jablonec (Çexiya)
1-ci cütün qalibi - Zilina (Slovakiya)
Mika (Ermənistan) - Valerenga (Norveç)
24-cü cütün qalibi - Bohemians (İrlandiya)
Domzale (Sloveniya) - Split (Xorvatiya)
Differdange (Lüksemburq) - Levadia (Estoniya)
Tirana (Albaniya) - 25-ci cütün qalibi
17-ci cütün qalibi - 9-cu cütün qalibi
Metallurg (Latviya) - Zalsburg (Avstriya)
15-ci cütün qalibi - Olympiakos (Yunanıstan)
4-cü cütün qalibi - Midtjylland (Danimarka)
Kecskemet (Macarıstan) - Aktobe (Qazaxıstan)
8-ci cütün qalibi - 5-ci cütü qalibi
Gagra (Gürcüstan) - Anorthosis (Kipr)
Vaduz (Lixtenşteyn) - Vojvodina (Serbiya)
Rudar (Çernoqoriya) - Austriya (Avstriya)
Slask (Polşa) - Dundee United (Şotlandiya)
11-ci cütün qalibi - 7-ci cütün qalibi
Streymur (Farer adaları) - 12-ci cütün qalibi
Hafnarfyordur (İslandiya) - Nacional (Portuqaliya)
13-cü cütün qalibi - 2-ci cütün qalibi
TPS (hər ikisi Finlandiya) - Westerlo (Belçika)
23-cü cütün qalibi - Thun (İsveçrə)
