20 iyun 2011 11:34
Millimiz uduza-uduza gedir
Kiyev şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi Ukrayna yığması ilə üçüncü yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 5:2 hesabı ilə Ukrayna yığmasının xeyrinə yekunlaşıb.
Millimizin heyətində Əbdül Əliyev və Namiq Həsənov fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında iyunun 17-də və 18-də keçirilən yoldaşlıq oyunlarında da müvafiq olaraq 4:1 və 5:4 hesabı ilə ukraynalı futbolçular qələbə qazanmışdılar.
