20 iyun 2011 11:44
Zohair Benuahi: XL və İnter mənə müqavilə təklif etdi
AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi azerisport.az saytına müsahibəsində AZAL-ın heyətində qalmasının səbəblərindən, karyerasından və qarşıdakı oyunlardan danışıb.
- Siz komandaya digər oyunçuların hamısından gec qayıtdınız. Nə problem var idi?
- Mənim pasportla bağlı problemlərim vardı. Mən onun vaxtını uzatmalıydım və buna görə də vətənimdə qalmalı oldum. Bu haqda klub rəhbərliyini də xəbərdar etmişdim ki, gecikəcəm.Əsa odu ki, yeni pasport ala və Bakıya gələ bildim. Artıq bir neçə gündü məşqlərə başlamışam. İndi bütün diqqətim komandaya yönəlib.

- Çoxları gözləyirdi ki, siz AZAL-ı tərk edəcəksiz...
- Azərbaycanda məni hər şey qane edir. Buna görə də ölkənizi tərk etməyi planlaşdırmıram. Amma digər klublara keçmək variantı olsa da, bunları qəbul etmədim və AZAL-da qaldım. Bu komanda artıq mənə doğmadı. Bir ildi burda çıxış edirəm və hamıya öyrəşmişəm. Gizlətmirəm ki, klub mənim üçün gözəl şərait yaradıb. Qayıdandan sonra rəbərliklə görüşdüm və yeni müqaviləni müzakirə etdik.
- Komandada qalmağınıza nə səbəb oldu?
- Burda mənə çox yaxşı davranırlar. Əgər belədirsə, niyə klubumu dəyişməliydim ki? Bununla yanaşı mənə verilən məvacib də tam qane edir. Axı Mərakeşdə böyük ailəm var. Onlar da məndən dəstək gözləyirlər. Növbəti mövsümün sonuna kimi AZAL-da qalacam.

- Sizi hansı komandalar AZAL-dan ayırmaq istəyirdi?
- İndi bu, artıq elə də önəm daşımır. Hər kəsə diqqətinə görə minnətdaram. Mənə də xoşdu ki, karyeramın burdakı ilk ilindəcə özümə belə maraq oyada bildim. Mənə “Xəzər Lənkəran” və “İnter”dən müqavilə təklif olundu. Amma şadam ki, AZAL-da qaldım. Çünki bizi qarşıda Avropa Liqasının oyunları gözləyir.

- Mətbuatda Hollandiyanın “Feyenoord” klubunun da sizinlə maraqlandığı iddia olunurdu...
- Mən də bu haqda eşitdim. Mənə dedilər ki, hollandlar səni baxışa çağırmaq istəyirlər. Əlbəttə, “Feyenoord” variantı mənə də maraqlı idi. Amma bu haqda heç kimlə danışıq aparmamışam. Rəsmi təklif olsaydı, düşünmək olardı.
- Avroliqanın püşkatmasından nə gözləyirsiz?
- Bu turnirdə çıxış edəcəyimə görə çox sevinirəm. Karyeram ərzində Afrika və Asiyada çıxış etmişəm. Amma Avropada belə oyunların iştirakçısı olmamışam. Bizim mehriban kollektivimiz var və qələbə qazanmaq istəyirik. Mənə elə gəlir ki, biz avrokuboklarda uğurlu nəticə qazana bilərik. Son transferlərlə AZAL daha da güclü olacaq. Biz Avropa Liqasına vəsiqə qazanmağa layiq idik və indi özümüzü doğrultmaq vaxtıdı. Şansımız var, bundan istifadə etməliyik.

- Potensial rəqibləriniz arasında “Fulham” də var...
- Rəqiblərdən danışmaq istəmirəm. Düzdü, istənilən rəqibə qarşı oynaya bilərik. Amma ilk mərhələdə ortabab komandalarla düşməyimizi istəməzdim. İstənilən halda məhz bu turnirdə uğurlu çıxış etməklə azarkeşlərimizin sayını artıra bilərik. Futbolçuların uğur qazanması üçün də hər şey edilib. Mən də burda qaldım ki, AZAL-a kömək edim.