20 iyun 2011 12:00
Abşeron yeni sponsor xəbərlərini təkzib etdi
"Abşeron" bu həftədən etibarən Azərbaycan Premyer Liqasının oyunlarının hazırlığına start verir. Azerisport.az xəbər verir ki, bu barədə klubun prezidenti Yaşar Rüstəmov məlumat verib.
Hazırda klubun işlərilə bağlı Türkiyədə səfərdə olan Yaşar Rüstəmov komandanın gələcək fəaliyyətilə bağlı işgüzar səfərində bir sıra görüşlər keçirir. Bundan əlavə o, komandayla bağlı son zamanlar yayılan informasiyalara aydınlıq gətirərək bildirib ki, klub fəaliyyətini nəzərdə tutulan proqram üzrə həyata keçirir. Sponsorların dəyişməsiylə bağlı mövzuya toxunan klub prezidenti qeyd edib ki, komanda əvvəlki tərəfdaşıyla əməkdaşlığını davam etdirir və yeni sponsorların cəlb edilməsiylə bağlı danışıqlar aparır.
O, həmin sponsorların arasında son vaxtlar ölkə mətbuatında adı hallandırılan "Azərkimya" İB-nın olmadığını vurğulayıb.
