20 iyun 2011 12:14
Yunis Hüseynov İran klubuyla danışıqlar aparır
“Karvan”nın sabiq baş məşqçisi Yunis Hüseynovun işsiz günləri tezliklə başa çata bilər. Azerisport.az xəbər verir ki, o, İrandan dəvət alıb.
Özü də maraqlıdı ki, Hüseynovun xidmətindən yararlanmaq istəyən iki İran klubu var. O, bizimlə söhbətində danışıq apardığı klubların adlarını açıqlamaqdan imtina edib. Amma etiraf edib ki, hazırda həmin klubların prezidentləri ilə danışıqlar aparır.
