20 iyun 2011 00:25

Qarabağ, AZAL və XL: diqqət Nyona

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 2011/12 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək tədbirdə düz 105 komanda öz rəqiblərini tanımış olacaq.
 
Qeyd edək ki, həmin 105 iştirakçıdan üçü də Azərbaycan təmsilçisidi. Son illərdə ölkəmizi avrokuboklardakı uğurları ilə sevindirməyi bacaran “Qarabağ”, eləcə də ikinci dəfə qitə miqyaslı turnirdə çıxış etmək şansı qazanan AZAL Avroliqanın birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bütövlükdə isə, birinci təsnifat mərhələsində 50 klub mübarizə aparacaq ki, onlar arasındakı ilk oyunlar iyunun 30-da, cavab görüşləri isə iyulun 7-də baş tutacaq.

İlk mərhələnin qalibləri ikinci mərhələdə mübarizəni davam etdirəcəklər. İkinci mərhələyə milli kubokları qazanmış 19 komanda birbaşa qoşulacaq. Onlardan biri də təmsilçimiz “Xəzər Lənkəran” olacaq. Xatırladaq ki, cənub təmsilçisi püşkatma zamanı səpələnməmişlər sırasında yer alacaq. Bu dövrənin oyunları müvafiq olaraq iyulun 14-ü və 21-də keçiriləcək.
 
İkinci mərhələnin 40 ən güclü komandası növbəti mərhələyə keçəcək və mübarizəni "Alania", "Karpaty", "Gomel", "Atletico" və “AZ Alkmaar” kimi komandalarla davam etdirəcəklər.
 
Püşkatma prosesinə gəlincə, ilk seçmə mərhələnin iştirakçılarının yarısı UEFA əmsallar cədvəlinə uyğun olaraq səpələnmiş status alacaq. Klubları hər birində 10 komanda olmaqla 5 qrupa böləcəklər. Hər bir qrupda eyni sayda səpələnmiş və səpələnməmiş komanda olacaq. Hər qrupun pükatması zamanı səpələnmiş və səpələnməmiş komandaların adları yazılmış kürəciklər iki ayrı kasaya yerləşdiriləcək. Sonra hər kasadan bir kürəcik mərkəzdə yerləşdirilmiş üçüncü kasaya qoyulacaq və qarışdırılacaq. Adları kürəcikdən ilk çıxacaq klublar cütün ilk oyununu evdə keçirəcəklər. Eyni ölkədən təmsilçiləri olan komandalar müxtəlif cütlərə ayrılacaq.
 
İkinci seçmə mərhələnin 80 iştirakçısı hər birində 10 komanda olmaqla səkkiz qrupa ayrılacaq. Hər qrupda 5 səpələnmiş və 5 səpələnməmiş statusu olan komanda olacaq. Növbəti proses püşkatmanın əvvəlki mərhələsinə uyğundu.
 
1-ci təsnifat mərhələsi
 
Səpələnmişlər: Fulham (İngiltərə), “Elfsborg”, “Hacken” (hər ikisi İsveç), “Tromse”, “Aalesund” (hər ikisi Norveç), “Sent Patricks” (İrlandiya), “Qarabağ” (AZƏRBAYCAN), “Rabotnicki”, “Renova” (hər ikisi Makedoniya), “Spartak” (Trnava, Slovakiya), “Olimpi”, “Dinamo” (hər ikisi Gürcüstan), “Honka” (Finlandiya), “Varazdin” (Xorvatiya), “Minsk” (Belarus), “Rad” (Serbiya), “Şiroki Brijeg” (Bosniya və Herseqovina), TNS (Uels), “Reykjavik” (İslandiya), “Koper” (Sloveniya), “Birkirkara” (Malta), “Paks”, “Ferencvaros” (hər ikisi Macarıstan), “Jagiellonia” (Polşa), “Buducnost” (Çernoqoriya).
 
Səpələnməmişlər: “Glentoran”, “Cliftonville” (hər ikisi Şimali İrlandiya), “Milsami” (Moldova), “Banga” (Litva), “Daugava” (Latviya), “Olimpija” (Sloveniya), “Flamurtari”, “Vlaznia” (hər ikisi Albaniya), “Narva Trans” (Estoniya), AZAL (AZƏRBAYCAN), “İrtış”, “Şaxtyor” (hər ikisi Qazaxıstan), “Zeta” (Çernoqoriya), “Banants”, “Ulisses” (hər ikisi Erməniatan), “Kalju” (Estoniya), “Vestmannaeyar” (İslandiya), “Runavik”, “Fuglafjordur” (hər ikisi Farer adaları), “Tre Penne” (San-Marino), “Neath” (Uels), “Kaerjeng”, “Fola Esch” (Lüksemburq), “Lusitanos”, “Santa-Coloma” (hər ikisi Andorra).
 
2-ci təsnifat mərhələsi
 
Səpələnmişlər: “Dinamo” (Buxarest, Rumıniya), “Zalsburg”, “Austriya” (hər ikisi Avstriya), “Anorthosis” (Kipr), “Nacional” (Portuqaliya), “Zilina” (Slovakiya), “Vorskla” (Ukrayna), “Sheriff” (Moldova), “Den Haag” (Hollandiya), “Gaziantepspor” (Türkiyə), “Olympiakos” (Yunanıstan), “Dundee United” (Şotlandiya), “Bnei Yehuda”, “Maccabi” (Təl-Əviv, hər ikisi İsrail), “Westerlo” (Belçika), “Midtjylland” (Danimarka), “Ventspils” (Latviya), “Valerenga” (Norveç), “Thun” (İsveçrə), “Jablonec” (Çexiya), “Aktobe” (Qazaxıstan), “Vojvodina” (Serbiya), “Bohemians” (İrlandiya), AEK (Kipr), “Sarajevo” (Bosniya və Herseqovina), “Split” (Xorvatiya), “Lokomotiv” (Sofiya, Bolqarıstan), “Levadia” (Estoniya) və 1-ci təsnifat mərhələsinin ən yüksək reytinqə malik 12 qalibi
 
Səpələnməmişlər: “Şaxtyor” (Belarus), “Slask” (Polşa), “Hafnarfyordur” (İslandiya), “Metallurg” (Latviya), “Orebro” (İsveç), “Zeljeznicar” (Bosniya və Herseqovina), “Tirana” (Albaniya), “Suduva”, “Tauras” (hər ikisi Litva), “Vaduz” (Lixtenşteyn), TPS, “Kuopion Palloseura” (hər ikisi Finlandiya), “Iskra-Stal” (Moldova), “Kecskemet” (Macarıstan), “Rudar” (Çernoqoriya), “Sant Julia” (Andorra), “Streymur” (Farer adaları), “Xəzər Lənkəran” (AZƏRBAYCAN), “Gagra” (Gürcüstan), “Metallurg” (Makedoniya), “Mika” (Ermənistan), “Domzale” (Sloveniya), “Llanelli” (Uels), “Crusaders” (Şimali İrlandiya), “Differdange” (Lüksemburq), “Juvenes” (San Marino), “Floriana” (Malta) və 1-ci təsnifat mərhələsindən gələcək aşağı reytinqə malik 13 komanda.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.