20 iyun 2011 00:12
XL-lı məşqçinin məvacibi müəyyənləşdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin əsas köməkçisi Mihay Tejanın cənub klubundakı qazancının məbləği müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu haqda ənənəvi olaraq Rumıniya mətbuatı iddia ortaya atıb.
Rumın həmkarlarımızın yazdığına görə, o, “Xəzər Lənkəran”da ilə 250 000 ABŞ dolları qazanır. Maraq üçün xatırladaq ki, “ağ-yaşıllar”ı Rednikin cəzalı olduğu dövrdə meydana məhz bu mütəxəssis çıxarırdı.
