20 iyun 2011 00:20
Litva yığmasının forvardı Azərbaycanda çıxış edə bilər
Estoniyanın “Levadia” klubunun forvardı Valeri Mijiqurski karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, Premyer Liqamızda çıxış edən klubların birindən təklif alıb.
Lakin Estoniya mətbuatı onun konkret hansı klubumuzun maraq dairəsində olduğunu açıqlamır. Maraq üçün qeyd edək ki, 1983-cü il təvəllüdlü litvalı hücumçu ölkəsinin yığma komandasında da bir oyunda forma geyinib.
Karyerası ərzində Rusiya və Qazaxıstanda da top qovmuş bu futbolçu çoxsaylı klublarda forma geyinib. Onların arasında “Polonija” (Vilnius, “Žalgiris”, “Spartak” (Moskva), “Ekranas”, “Šviesa”, “Dinamo” (Mahaçqala), “Vėtra”, “Vindava”, “Kaisar”, “Tauras”, “Ordabası” və “Banga” da var. Sonda Mijiqurski ilə Azərbaycan klubuyla yanaşı Rusiyanın birinci divizion komandalarının maraqlandığını da vurğulayaq.
