20 iyun 2011 00:46
Seriya A klubunda yeni baş məşqçi
İtaliyanın A Seriyasında mübarizə aparan “Genoa” yeni mövsüm öncəsi baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi David Ballardini ilə yollarını ayırıb.
Onun əvəzində isə komandanın sükanı arxasına Alberto Malesani gətirilib. Maraq üçün bildirək ki, Malesani vaxtilə oyunçularının aylarca pulunu ala bilməməsinə və 3 xaldan məhrum olmalarına rəğmən, “Bologna”nı elitada saxlamağı bacaran mütəxəssisdi.
“Genoa” isə ötən mövsümü turnir cədvələnin ortalarında bitirmişdi və bu nəticə rəhbərliyi qane etmədiyi üçün Ballardiniyə qapını göstərmək məcburiyyətində qalıblar. Malesanili “Genoa”nın qarşısına isə yeni mövsümdə ən azı Avropa Liqasına vəsiqə qazanmaq tapşırığı qoyulub.
