21 iyun 2011 20:50

Neftçi Metallurg`u 3 cavabsız qolla yendi (YENILƏNİB)

Azərbaycan çempionu “Neftçi” Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, son Azərbaycan çempionu ölkəmizi təmsil edəcəyi Çempionlar Liqasına hazırlıq çərçivəsində Ukrayna təmsilçisi “Metallurg”la yoldaşlıq görüşündə üz-üzə gəlib.

Qeyd edək ki, Zaporojye təmsilçisi ilə görüş Türkiyənin İsparta şəhərində baş tutdu. Qarşılaşmanın ilk dəqiqələrindən daha güclü olduğunu isbatlayan Arif Əsədovun komandası rəqibi üzərində böyükhesablı qələbəyə sevinib. “Metallurg”un son mövsümdə Ukrayna çempionatının yüksək dəstəsində sonuncu pilləni tutaraq, elitanı tərk etdiyini də vurğulayaq.
 
Maraq üçün xatırladaq ki, “İnter” də iyunun 23-də artıq xeyli müddətdi Sparta şəhərində hazırlıqlarını davam etdirən “Neftçi”nin yanına gedəcək və 29-da “Metallurg”la sınaq matçı keçirəcək. "Neftçi" isə bu sınaq matçı ilə Türkiyə toplanışına yekun vurdu və sabah Bakıya qayıdır.
 
Yoldaşlıq oyunu
21 iyun
 
Neftçi - Metallurg - 3:0 (2:0)
Qollar: Rəşad Abdullayev, 5 (1:0), Flavinyo, 21 (2:0), Denis Silva, 65 (3:0)
 
Matçın 5-ci dəqiqəsində Rəşad Abdullayev cərimə zərbəsindən qapını dəqiq nişan alır
Bundan bir neçə dəqiqə sonra Bahodir Nasimova qarşı kobudluq olsa da, türkiyəli hakim penalti təyin etmir
21-ci dəqiqədə Flavinyo dəqiq zərbə ilə ikinci qolu vurur
65-ci dəqiqədə hücuma qoşulan Denis Silva da ukraynalıların qapısına yol tapır

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.