21 iyun 2011 13:16
Bəxtiyar Soltanov: Qurbanovun başçılığı altında daha da artıracam
“Qarabağ”ın 2011-12 mövsümü öncəsi ilk transferi Bəxtiyar Soltanov oldu. Azerisport.az xəbər verir ki, 22 yaşlı forvard yeni klubuyla 2 illik müqavilə bağladıqdan sonra, ona 9 nömrəli futbolka verilib.
Bəxtiyar “Qarabağ”a keçdikdən sonra ilk təəssüratlarını da bölüşüb: “Qarabağ” kimi böyük kluba gəldiyimə görə məmnunam. Bu gün “Qarabağ” ən çox sevilən Azərbaycan klubudu. Bunun əsas səbəbi xeyli yerli futbolçunun çıxış etməsidi. Futbolçuların əksəriyyəti ilə yaxşı münasibətim var. “Bakı” klubuna öz təşəkkürümü bildirirəm. Üzərimdə əməkləri var. Amma bu gündən karyerama yeni səhifə açıram. Cəmi 22 yaşım var. İnanıram ki, karyeramın ən yaxşı illəri hələ qarşıdadı. Qurban Qurbanov kimi baş məşqçiylə çalışmaq özü bir əlavə üstünlükdü. İnanıram ki, onun başçılığı altında daha da “artıracam”. “Qarabağ” son illərdə Avrokubokda uğurlu çıxış edir. İndi mənim də üzərimə məsuliyyət düşür. Uğurlu çıxışımızı davam etdirmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. “Qarabağ”lılar məni olduqca isti qarşıladı. Azarkeşlərə bildirmək istəyirəm ki, meydanda tərinin son damlasına kimi vuruşan “Qarabağ” görəcəksiniz”.
Xatırladaq ki, Bəxtiyar dünən gecə Qızılcahamama gedərək komandanın düşərgəsinə qoşulub. 22 yaşlı forvard artıq ilk məşqinə də çıxıb.
